Xidmət Şərtləri

“Documood” - “DOCUMOOD” MMC tərəfindən idarə olunan onlayn rəqəmsal platformadır. Bu istifadə şərtlərində biz özümüzdən bəhs edərkən "biz" və ya "bizə" kimi sözlərdən istifadə edəcəyik.

1. İstifadə şərtləri nə üçün vacibdir?

“Documood.az” saytına daxil olmaqla siz bu istifadə şərtləri ilə razılaşırsınız.

2. İstifadə şərtlərində dəyişikliklər:

Biz bu istifadə şərtlərində dəyişiklik etdikdə, əgər siz “Documood” hesabınızdan istifadəni davam etdirmək istəyirsinizsə, yeni istifadə şərtlərini qəbul etməlisiniz.

3. Kimlər “Documood” hesabına sahib ola bilər?

Həm fiziki, həm də hüquqi şəxslər VÖEN-nin (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) olması şərti ilə “Documood” hesabına malik ola bilər.

4. Məxfilik və şəxsi məlumatlarınız

“Documood” hesabına malik olmaqla siz Məxfilik Bildirişində göstərildiyi kimi, “DOCUMOOD” MMC tərəfindən şəxsi məlumatlarınızın toplanmasına, istifadə edilməsinə və açıqlanmasına dair razılaşmış olursunuz.

5. Sizin cavabdehlikləriniz

“Documood”dan istifadə edərkən öz öhdəliklərinizi başa düşməyiniz vacibdir. 

Aşağıda göstərilən öhdəliklərə əməl etməsəniz, biz sizin “Documood” hesabınızı bloklaya, dayandıra və ya ləğv edə bilərik və bəzi hallarda sizə mülki və ya cinayət cəzası tətbiq edilə bilər.

“Documood” hesabınızın təhlükəsizliyini qoruyun.

Siz “Documood” hesabınıza görə cavabdehlik daşıyırsınız və hesaba yalnız özünüz daxil ola bilərsiniz.

Səlahiyyətli nümayəndələriniz istisna olmaqla, başqa bir şəxsin “Documood” hesabınıza daxil olmasına və ya istifadə etməsinə icazə verməməlisiniz. 

Məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görmürsünüzsə və başqa bir şəxs sizin hesabınıza daxil ola bilirsə, yaxud da başqa bir şəxsə hesabınıza daxil ola bilməsi üçün öz məlumatlarınızı verirsinizsə, həmin şəxsin sizin hesabınızda apardığı bütün əməliyyatlara görə məsuliyyət daşıyacaqsınız.

Başqasının “Documood” hesabına daxil olmayın.

İcazəniz yoxdursa, başqasının “Documood” hesabına daxil ola bilməzsiniz.

“Documood”un istifadəsi hansı hallarda qadağandır?

Aşağıdakı hallarda “Documood”dan və ya “Documood” hesabınızdan istifadə edə bilməzsiniz:

  • hər hansı qanunsuz və ya dələduzluq fəaliyyətində iştirak etmək;
  • “Documood”un işinin pozulmasına səbəb olmaq;
  • hər hansı bir şəxsin hüquqlarını pozmaq;
  • başqalarını narahat etmək, təşvişə salmaq və ya təngə gətirmək;
  • qanunsuz, böhtan xarakterli, təhqiredici və ya qalmaqallı materiallar yaratmaq və/yaxud göndərmək; 
  • qanunu pozan və ya pozmağa təşviq edən materiallar yaratmaq və/yaxud göndərmək; 
  • qanunla qadağan olunmuş müqavilələr və ya digər sənədlər yaratmaq və/yaxud göndərmək.

“Documood” heç bir halda istifadəçilərin yuxarıda göstərilən hərəkətlərinə görə məsuliyyət daşımır.

“Documood”a nəzarət etmək və ya surətini köçürmək olmaz.

Bizim tərəfimizdən yazılı icazə verilməyincə, “Documood” və ya onun məzmununa daxil olmaq, nəzarət etmək və ya surətini köçürmək üçün hər hansı proqram təminatından (bot, skraper (köçürmə) vasitələri və s.) istifadə etməyə icazə verilmir.

6. Hesab

Qeydiyyatdan keçdikdən və “Documood” hesabını əldə etdikdən sonra sizə yükləmə, imzalama və tərəfimizdən təqdim olunan digər xidmətlərdən istifadə etmək imkanı daxil olmaqla 5 (beş) pulsuz “Documood” xidməti təqdim olunacaq. 

Hesabınıza pul əlavə edə bilərsiniz və yaratdığınız/yüklədiyiniz, imzaladığınız və göndərdiyiniz hər bir müqavilə üçün hesabınızdan müəyyən edilmiş məbləğ çıxılacaq. Hesabınızda minimum 1 xidmət haqqı məbləği olmadıqda, “Documood” xidmətlərindən istifadə edə bilməyəcəksiniz. Alınan müqavilələr və ya digər sənədlər üzrə xidmətlərdən istifadə etdiyiniz üçün sizdən ödəniş alınmayacaq. 

Qiymət Dəyişiklikləri. Biz yalnız öz qərarımızla müəyyən edəcəyimiz istənilən formada və istənilən vaxt öz xidmətimiz və ya onun hər hansı komponenti üçün qiymətləri yenidən nəzərdən keçirmək hüququna malikik. Bu İstifadə Şərtlərində açıq şəkildə başqa qayda nəzərdə tutulmazsa, sizə təqdim edilən xidmətlərdə hər hansı qiymət dəyişikliyi bu barədə sizə e-poçt bildirişinin göndərilməsindən sonra qüvvəyə minəcək. 

Ödənilmiş məbləğ geri qaytarılmır.


Ödəniş geri qaytarılmır və ya kredit verilmir. Ləğvetmədən sonra hesabınızdakı məbləğdən asılı olaraq xidmətdən istifadə etməkdə davam edə bilərsiniz.

Ləğvetmə. Siz istənilən vaxt “Documood” hesabınızı silə bilərsiniz və bu zaman hesabınızdakı məbləğdən asılı olaraq “Documood” xidmətindən istifadə etməkdə davam edə bilərsiniz. XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ EDİLMƏMƏSİNƏ GÖRƏ BİZ ÖDƏNİŞ MƏBLƏĞİNİ GERİ QAYTARMIRIQ VƏ KREDİT VERMİRİK. 

8. Bizim cavabdehliklərimiz nədən ibarətdir?

Biz aşağıdakılar üçün cavabdehlik daşıyırıq:

  • “Documood” tərəfindən toplanan, saxlanılan və ya ötürülən şəxsi məlumatlarınızın, kommersiya sirrinizin təhlükəsizliyini təmin etmək üçün məqbul tədbirlər görmək;
  • şəxsi məlumatlarınızı məxfilik qanununa uyğun şəkildə idarə etmək və kommersiya sirrinizi qorumaq. 

9. Sizin şəxsi cihazlarınız (məsələn, mobil telefon, planşet, kompüter)

Sizin şəxsi cihazınızın funksiyalarına giriş yalnız müəyyən bir xidmətdə sizə kömək etmək məqsədi daşıyır. Məsələn, hər hansı bir sənədi yükləmək üçün onun şəklini çəkmək.

10. Sizə verilən hüquqlar

Bu istifadə şərtlərinə və qüvvədə olan hər hansı digər qanunlara əməl etdiyiniz müddətcə biz sizə “Documood” xidmətindən öz cihazlarınızda (məsələn, kompüterinizdə və ya mobil telefonunuzda) istifadə etmək üçün icazə veririk (ötürülməyən, qeyri-eksklüziv, ləğv edilə bilən lisenziya şəklində). 

11. Tətbiq edilən qanun

Əgər siz Rusiyada yaşayırsınızsa, bu İstifadə Şərtləri Rusiya Federasiyasının qanunlarına uyğun olaraq tənzimlənəcək və şərh ediləcək.

Digər rezidentlər üçün bu İstifadə Şərtləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və şərh edilir.