Gizlilik Siyasəti

"DOCUMOOD" MMC-ni (bundan sonra "şirkət" və ya "biz" adlanacq) seçdiyinizə görə təşəkkür edirik. Bu məxfilik siyasəti ilə sizin fərdi məlumatlarınızın, həmçinin kommersiya sirrinizin təhlükəsizliyini təmin edirik. Məxfilik siyasəti ilə bağlı irad və təkliflərinizi [email protected] elektron poçt ünvanına bildirə bilərsiniz. 

 Bu məxfilik siyasəti sizin məlumatlarınızı necə istifadə ediyimizi tənzimləyir. 


Əsas Anlayışlar:

 Portal – "Documood.az" domenində fəaliyyət göstərən portal. 

Xidmətlər – Portalda müqavilələrin daxil edilməsi, imzalanması, göndərilməsi və s. əhatə edən xidmətlər. 

Bu məxfilik siyasətinin məqsədi məlumatları necə toplanması, işlənilməsi  və bununla bağlı hansı hüquqlarınızın olduğunu göstərməkdir. Bu məxfilik siyasəti ilə razı deyilsinizsə Portalın, həmçinin xidmətlərimizdən istifadəni dayandırmağınızı xahiş edirik. 

 

Məxfilik qaydalarını diqqətlə oxumağınızı xahiş edirik. 

 

1. HANSI MƏLUMATLARINIZ TOPLANIR?

  1. Portala daxil olarkən sizin təqdim etdiyiniz məlumatlar 
  2. Portaldan qeydiyyatdan keçərkən könüllü təqdim etidyiniz məlumatlar və ya bizimlə əlaqə saxladığınız zamanı məlumatlar tərəfimizdən toplanılır. Toplanılan məlumatlara şağıdakılar daxildir. 
  • Sizin təqdim etdiyiniz məlumatlar:  Ad soyad,Əlaqə nömrəsi və oxşar məlumatlar. 

Təqdim etdiyiniz məlumatlar, dəqiq və düzgün olmalıdır. Məlumatlar dəyişdiyi təqdirdə bu barədə məlumat verməyiniz tələb olunur 

  • Avtomatik toplanan məlumatlar. 

Portaldan istifadə zamanı müəyyən məlumatlar toplana bilər. Bu məlumatlar sizi birbaşa müəyyən etməyə imkan verən məlumatlar deyil, daha çox portalın istifadəsi zamanı İP ünvanl, istifadə olunan dil, ölkə və s. məlumatları əhatə edir. Bu məlumatlar əsasən Portalın istifadə və təhlükəsizliyinin təmin edilməsi məqsədilə toplanılır. 


Eyni zamanda kukilər vasitəsilə də məlumatlar toplana bilər. 

Bunlara daxildir. 

●        Loq (daxil olma və istifadə) məlumatları       

●        Avadanlıq məlumatı 

●        Məkan məlumatları 


2.  MƏLUMATLARINIZ NECƏ İŞLƏNİLƏCƏK

 

Toplanan məlumatlar bizim qanunvericiliklə qadağan edilməyən məqsədlər və sizə daha yaxşı xidmət göstərməyimiz üçün işləniləcəkdir. Toplanılan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunacaq.

●       Sizə müvafiq məlumatların göndərilməsi Tərəfimizdən toplanan məlumatlarınız sizə dəyişikliklər, xidmətlərimiz, habelə yeniliklərlə bağlı məlumat ötürmək üçün istifadə ediləcəkdir.

●        Göstərdiyimiz xidmətlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə: Məlumatlarınız portalın təhlükəsizliyi üçün toplanıla və işlənilə bilər (məsələn dələduzluq hallarının qarşısını alınması və ya “fishing”in qarşısının alınması) 

●        İstifadəçi şərtlərinin biznes məqsədilə ilə tətbiq edilməsi məqsədilə. 

●        Zərərin qarşısının alınması, həmçinin dövlət orqanları tərəfindən verilən sorğuların cavablandırılması üçün. Məhkəməyə çağırış və ya digər zəruri hallarda sizin məlumatlarınızı yoxlaya bilərik. 

 

3. MƏLUMATLARINIZ ÜÇÜNCÜ ŞƏXSLƏRƏ ÖTÜRÜLƏCƏKMİ?

Aşağıdakı hallarda məlumatlarınız üçüncü şəxslərə ötürülə bilər.

●       Yazılı razılığınız olarsa: Sizin məlumatlarınız razılığınız olduğu halda müəyyən edilmiş məqsədlər üçün üçüncü şəxslərə ötürülə bilər. 

●        Qanunla müəyyən edilmiş hallarda. Qanunla ilə müəyyən edilmiş hallarda məlumatlarınız razılığınız olmadan da dövlət orqanlarına və məhkəməyə təqdim edilə bilər.

●        Xüsusi əhəmiyyətli hallarda: Portalın təhlükəsizliyinin qorunması, həmçinin məxfilik siyasətinin pozulmasının müəyyən edildiyi hallarda məlumatlarınız üçüncü tərəfə ötürülə bilər bir şərtlə ki, tərəfinizdən yazılı razılığın dərhal alınması mümkün olmasın və ya belə razılığın alınması nəticəyə birbaşa təsir etsin. 


4. FƏRDİ MƏLUMATLAR VƏ KOMMERSİYA SİRRİ

Qanunla mühafizə edilən fərdi məlumatlarınızı və kommersiya sirrinizi qorumaq üçün bütün lazımi hərəkətlərin ediləcəyinə təminat veririk. Portalda yaratdığınız, imzaladığınız sənədlərin məzmunu və rekvizitləri barədə məlumatlar tərəfimizdən toplanılmır və işlənilmir.. Fərdi məlumatlarınız və kommersiya sirriniz Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq mühafizə edilir. 


5.  COOKIES

 Şirkət sessiya əsaslı kukilərdən istifadə edir. Sessiya əsaslı kukilər kompüterinizə köçürülən və brauzerinizi bağladıqda silinən müvəqqəti kuki fayllarıdır. Bu kukilər portal tərəfindən daxil olunduqdan sonra portal daxilində funksiyaları yerinə yetirməyə imkan vermək və portalı yaxşılaşdırmaq üçün anonim veb istifadə məlumatları toplamaq üçün istifadə olunur.

Şirkət davamlı kuki istifadə etmir. Bunlar silinməyincə və ya istifadə müddəti bitməyincə sabit diskinizdə olan kukilərdir.

Kuki fayllarını rədd etməyiniz Portaldakı bəzi funksiyalara təsir edə bilər.

Şirkət Portaldakə xidmətlərindən kənarda gəzən fəaliyyətlərinizi müəyyən etmək üçün kukilərdən istifadə etmir.

 

6.  MƏLUMATLARINIZI HANSI MÜDDƏTDƏ SAXLANILIR?

 

Məlumatlarınız qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, bu məxfilik siyasətində nəzərdə tutulduğu müddətdə saxlanılacaqdır. 

 

7.  MƏLUMATLARINIZI NECƏ QORUNUR?

 

Şirkət mümkün texniki-texnmoloji imkanlardan istifadə edərək məlumatlarınızın təhkükəsizliyi qoruyacağını öhdəsinə götürür. 

 

8.    MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİLİK

 

Təhlükəsizlik qaydalarına dəyişiklik edilə bilər. Bu barədə portalda məlumat yerləşdiriləcəkdir.

Dəyişiklik qüvvəyə minməzdən əvvəl sizə e-poçt (əgər təmin olunarsa) və/və ya Xidmətimizlə bağlı bildiriş vasitəsilə məlumat veriləcək, habelə bu Məxfilik Siyasətinin yuxarısındakı "Son yenilənmə" tarixini yenilənəckdir.

9. ƏLAVƏ MƏLUMAT

 

Fəaliyyətimiz Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsaslanır və qanunun aliliyi prinsipi rəhbər tutulur.